Icma.az, Apa.az portalına istinadən məlumat verir. “Avropa İttifaqının Gürcüstandakı səfirliyi çox çətin durumdadır, ölkədə inqilab təşkil e
Biz buna görə konkret olaraq səfiri günahlandıra bilmərik, çünki bilirik ki, bu onun qərarı deyil”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O, Aİ-də çox mürəkkəb proseslərin cərəyan etdiyini və Avropa bürokratiyasının yaratdığı fəlakətli vəziyyətin hökm sürdüyünü vurğulayıb.
Baş nazirin sözlərinə görə, ötən gün Lüksemburqda Aİ-nin xarici işlər nazirlərinin görüşündə Gürcüstana qarşı sanksiyaların tətbiqinə cəhdlər olsa da, qərar qəbul edilməyib: “Avropa İttifaqının bütün müvafiq üzv dövlətlərinə dəstəyə görə təşəkkürümü bildirirəm.
Onların dəstəyi sayəsində gürcü xalqına qarşı sanksiyalar tətbiq edilmədi və bu çox vacibdir”.
İ.Kobaxidze Aİ-nin gələcəkdə gürcü xalqına və onun seçdiyi hökumətə münasibətini yenidən nəzərdən keçirəcəyinə ümidvar olduğunu bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.