Kobaxidze: “Aİ yə daxil olmaq istəyimiz getdikcə zəifləyir”

17.12.2025

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, ölkə televiziyasında çıxışı zamanı Gürcstanın baş naziri İrakli Kobaxidze Aİ-nin gündən-günə zəiflədiyini, iqtisadi uğurlarının və azad demokratiyanın, insan haqları sahəsində vəziyyətin pisləşdiyini deyib.
“İqtisadi tənəzzül davam edərsə, əlbəttə ki, bizim üçün də reallıq tamamilə dəyişir. Çünki bizim bəyan tdiyimiz məqsədimiz, o cümlədən konstitusiyaya görə vəzifəmiz Aİ-yə üzv olmaqdır”, - Gürcüstanın baş naziri vurğulayıb.
Kobaxidze: “Azərbaycan bizim xüsusi dostumuzdur” İrakli Kobaxidze həmçinin Brüssellə münasibətlərdə irəliləyişin olmamasını Avropa institutlarının “gürcü xalqının demokratik seçimini” tanımaması ilə əlaqələndirib. Gürcüstan hökumətinin başçısı, eyni zamanda, Tbilisinin Aİ-yə daxil olmaq məqsədinə çatmaq üçün istənilən şərtləri müzakirə etməyə hazır olduğunu təsdiqləyib.
Xatırladaq ki, 2024-cü ilin noyabrında Gürcüstan hökuməti Brüsseli ölkənin daxili işlərinə qarışmaqda ittiham edərək, Avropaya inteqrasiya prosesini dayandırıb. Genişlənmə üzrə Avropa komissarı Marta Kos bundan əvvəl Gürcüstanın “heç bir ölkədə olmadığı qədər Avrointeqrasiya yolunda geriləmə” yaşadığını iddia edib.
Yeri gəlmişkən, İrakli Kobaxidze televiziyada çıxışı zamanı Azərbaycanla Gürcüstan arasında xüsusi dostluq münasibətlərinin olduğunu vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью