Kobaxidze Aİyə xəbərdarlıq etdi: səfiri qova bilər

29.11.2024

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Aİ səfiri Pavel Gerçinski ölkənin daxili işlərinə qarışmağı dayandırmasa və ritorikasını dəyişməsə, Gürcüstan hakimiyyəti diplomatik tədbirlər görəcək.

Glboalinfo.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Səfir uzun müddətdir ki, müxalifətin lehinə və Gürcüstan hakimiyyətinin əleyhinə bəyanatlar verir. Bu, Vyana Konvensiyasının pozulması deməkdir”, – Kobaxidze bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью