Kobaxidze AŞPA nın təkrar seçkilərlə bağlı qətnaməsini absurd adlandırdı

30.01.2025

Icma.az bildirir, Manset portalına istinadən.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ölkədə yeni parlament seçkiləri keçirməyə çağıran qətnaməsini absurd adlandırıb.

Manset.az xəbər verir ki, bu barədə o, “İmedi” telekanalına müsahibəsində bildirib.

“Bu qərar Avropa bürokratiyasının kifayət qədər çətin vəziyyətdə olduğunu göstərir. Bu, həm Brüsselə, həm də Strasburqa aiddir. Bunun başqa bir təzahürü isə ədalətsizlikdən çox, tamamilə absurd qərar idi”- deyə, o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью