Kobaxidze: Avropa ilə Asiya bir birinə daha da yaxınlaşacaq

02.06.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürmə qabiliyyəti açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze rəsmi sosial şəbəkə hesabında yazıb.


O, BTQ-nin qlobal ticarətdəki rolunu yüksək qiymətləndirib:
"Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı bir-birinə daha da yaxınlaşdıraraq regionumuzun qlobal ticarət və logistika şəbəkəsində strateji əhəmiyyətini gücləndirir. Marşrutun tam başa çatması ilə dəmir yolu xəttinin ötürmə qabiliyyəti ildə 5 milyon tona çatacaq. Bu isə regionun tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırır və Orta Dəhlizin rəqabət qabiliyyətini daha da gücləndirir".


Töhfə Səməd

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью