Kobaxidze: Avropa İttifaqına inteqrasiya kursuna sadiq qalırıq Xəbər saytı Son xəbərlər və Hadisələr

29.11.2024

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Gürcüstan hakimiyyəti Avropa İttifaqına inteqrasiya kursuna sadiq qalır.

BAKUWS TASS-a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze brifinq zamanı bəyan edib.

"Biz Avropa kursumuza sadiqik. Bu, dünən yüksək səslə deyildi, bu gün isə çox ucadan təkrar edirəm. Amma şantajın süni alətləri ilə bağlı olaraq deyim ki, [Aİ-yə üzvlük üzrə] danışıqların açılması məsələsi praktik baxımdan heç nə vermir", - deyə Kobaxidze əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью