Kobaxidze: Azərbaycanla delimitasiya prosesi dostluq ruhunda davam etdiriləcək

04.10.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Biz Azərbaycan və Ermənistanla dostluq münasibətləri saxlayırıq, hər iki dövlətlə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işlər aparılmalıdır”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalının “Açıq efir” proqramında deyib.

O, prosesin bundan sonra da tam dostluq ruhunda davam etdiriləcəyini vurğulayıb.

Hökumət başçısı Azərbaycanla sərhəddə yerləşən Keşikçidağ mağaralar kompleksinə də toxunaraq, bu məsələ üzərində də dostluq ruhunda fəal işlərin aparıldığını əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью