Kobaxidze: Azərbaycanla əlaqələri gücləndirməyə hazırıq

06.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova məktub ünvanlayıb.

Nazirlər Kabinetindən verilən xəbərə görə, məktubda deyilir:

“Gürcüstanda keçirilmiş parlament seçkilərində əldə olunmuş qələbə münasibətilə göndərdiyiniz təbrikə və xoş arzulara görə Sizə dərin minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək Gürcüstanla Azərbaycan arasında möhkəm tərəfdaşlıq əlaqələrini daha da gücləndirmək üçün hazır olduğumuzu bir daha təsdiqləmək istəyirəm.

Ölkələrimiz arasındakı strateji münasibətlər regionda sülh və sabitlik üçün olduqca əhəmiyyətlidir və inanıram ki, birgə səylərimizlə, bütün sahələrdə gələcək əməkdaşlığımız daha da möhkəmlənəcəkdir”.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью