Kobaxidze Bakı Tbilisi Bakı sərnişin qatarının bərpasını alqışlayıb

13.02.2025

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

“Gürcüstandan Azərbaycana, Azərbaycandan isə Gürcüstana mümkün qədər çox insanın səyahət etməsi xalqlarımızı birləşdirən ənənəvi dostluq münasibətlərinin daha da dərinləşdirilməsi üçün çox vacibdir”.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkətinin bərpa olunacağı haqqında yayılmış məlumatları şərh edərkən deyib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Bakı istiqamətində sərnişin qatarlarının hərəkətinin bərpası iki ölkə arasında hərəkətliliyin artmasına və insanlar arasında münasibətlərin daha da dərinləşdirilməsi baxımından vacibdir.

İrakli Kobaxidze bu məsələni Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə müzakirə etdiyini qeyd edib.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью