Kobaxidze Baş nazir postunda qalır

28.11.2024

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstan Parlamenti yeni hökumətə etimad göstərib

Gürcüstan Parlamenti gürcü hökumətinin tərkibinə etimad göstərib. AYNA gürcü mediasına istinadən bildirir ki, parlament yekdilliklə Baş nazirliyə namizəd İrakli Kobaxidzenin təqdim etdiyi yenilənmiş Nazirlər Kabinetinə etimad edib.

İclasda iştirak edən 84 deputat yeni kabinetin lehinə səs verib. Yeni hökumətin tərkibində yalnız üç nazir postuna dəyişiklik edilib.

Qeyd edək ki, Kobaxidze bununla da Gürcüstanın yeni Baş naziri postunda qalır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью