Kobaxidze beynəlxalq təşkilatları susmaqda ittiham etdi

02.12.2024

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq strukturların Gürcüstanda baş verən genişmiqyaslı, kobud və sistemli zorakılıqları pisləməməsi təəssüf doğurur.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu cü məsələlərə reaksiya vermək beynəlxalq təşkilatların funksiyasıdır.

“Biz beynəlxalq təşkilatları polis əməkdaşlarına və digərlərinə qarşı sistemli zorakılığı pisləməyə dəfələrlə çağırmışıq. Zorakılıq obyektləri müxtəlif insanlardır, lakin indiyədək heç bir bəyanat səsləndirilməyib”, - İ.Kobaxidze deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью