Kobaxidze: Bu barədə məlumat var idi

04.12.2024

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

“Dekabr ayında Gürcüstanda iğtişaşların hazırlanması barədə dövlət orqanlarında məlumat var idi”.

News24.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət partiyalarının ofislərində aparılan axtarışları şərh edərkən deyib.

“Biz 1-27 noyabr tarixləri arasında Gürcüstanda pirotexnikanın satış statistikalarını yoxladıq, ötən illə müqayisədə bu satışlar 90% artıb. Onlar hər şeyi əvvəlcədən planlaşdırmışdılar. Bu gün hüquq-mühafizə orqanları ofislərə daxil olub, materialları götürdü, müxalifət liderləri dərhal etiraf etdilər ki, pirotexnika alıblar, öz etirafları ilə bir daha göstərdilər ki, bütün bunların arxasında partiya resursu dayanır”, - İ.Kobaxidze brifinqdə bildirib.\\report

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью