Kobaxidze: COP29 Azərbaycanın beynəlxalq arenada rolunu daha da artıracaq

13.11.2024

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"COP29 konfransı əla təşkil olunub".

Sherg.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Azərbaycanın COP29-da gördüyü işlər çox gözəldir. Qonşu, dost ölkəmiz olan Azərbaycan COP29-a ev sahibliyi edir. Prezident İlham Əliyev dünən əla nitq söylədi. Konfrans əla təşkil olunub. Mən Azərbaycanı bu hadisəyə görə təbrik etmək istəyirəm".

O bildirib ki, COP29-a ev sahibliyi Azərbaycanın beynəlxalq arenada rolunu daha artıracaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью