Kobaxidze: COP29 Cənubi Qafqaz regionu üçün mühüm hadisədir

12.11.2024

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bakıda davam edən BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək mənim üçün şərəfdir. Bu, Cənubi Qafqaz regionu üçün mühüm hadisədir".

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze özünün "X" sosial şəbəkə hesabında yazıb.

Hökumət başçısının sözlərinə görə, Gürcüstan iqlim böhranının öhdəsindən gəlməyə sadiq qalır və müsbət dəyişiklikləri təşviq etmək üçün səmərəli tədbirlər görməyə davam edəcək.

"Biz tərəfdaşlarımızla birlikdə iqlim dəyişikliyindən yaranan problemləri müzakirə etdik və dayanıqlı gələcək üçün səmərəli həllər araşdırdıq", - deyə Kobaxidze vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью