Kobaxidze də Bakıya gələcək

10.11.2024

Icma.az, Modern.az saytına istinadən bildirir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin rəhbərliyi ilə nümayəndə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Hökumət Administrasiyasından məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində İrakli Kobaxidzenin, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev, BMT-nin Baş katibi Antonio Quttereş və digər rəsmi şəxslərlə görüşü də nəzərdə tutulub.

Azərbaycana səfərdə İrakli Kobaxidzeni Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlya Darçiaşvili və Hökumət Administrasiyanın rəhbəri Livan Jorjoliani müşayiət edəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью