Icma.az bildirir, Ayna portalına istinadən. "Gürcü “Maydanı”nın təşkilinə dördüncü cəhd uğursuz oldu" "Bəzi avropalı siyasətçilər və bürokra
Aydındır ki, gürcü “Maydanı” ideyası iflasa uğradı. Gürcüstanda “Maydan” olmayacaq".
AYNA gürcü mediasına istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib. “Bu ideya həyata keçirilmədi.
Gürcü “Maydanı”nın təşkilinə dördüncü cəhd uğursuz oldu. Beləliklə, ölkəmiz üçün ciddi risk görmürük.
Küçələrdə etirazlar davam edir, lakin insanların sayı xeyli azalır. İndi 5-6 gün əvvəlkindən dörd dəfə az adam küçəyə çıxır.
Vəziyyəti çox effektiv idarə edə bilirik. Dövlət çox güclüdür.
Bizim çox güclü hüquq-mühafizə orqanlarımız var və buna görə də ölkəmizdə hər şey çox yaxşı olacaq”, – Baş nazir bildirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.