Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzVision.az “İnterfax” nəşrinə istinadən bildirir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze belə bəyanat verib.
“Ümid edirik ki, Gürcüstana münasibət dəyişəcək və bu, təkcə bizə yox, həm də Aİ-yə lazımdır.
Məqsədimiz ölkə Konstitusiyasında öz əksini tapıb - 2030-cu ilə qədər, biz buna digər ölkələrlə müqayisədə daha hazır olanda, Aİ-yə üzv olmaq”, - İrakli Kobaxidze vurğulayıb.
Bundan əvvəl Gürcüstanın baş naziri Fransa prezidenti Emmanuel Makron, Polşanın baş naziri Donald Tusk və Almaniya kansleri Fridrix Mertsi Gürcüstanın Müstəqillik Günü ilə bağlı verdikləri son bəyanatla bağlı diplomatik taktika və etiketə malik olmadıqlarına görə tənqid edib.
Aİ Gürcüstan diplomatları üçün vizasız rejimi dayandırıb Belə ki, Fransanın Tbilisidəki səfirliyinin dərc etdiyi məktubda Makron, Tusk və Merts gürcü xalqını təbrik etməklə yanaşı, eyni zamanda, hakimiyyətin media, müxalifət və vətəndaş cəmiyyətinə qarşı hərəkətlərini pisləyiblər.
Xatırladaq ki, 2024-cü ilin mayında Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etdikdən sonra, burada öz təsir rıçaqlarının zəifləyəcəyindən narahat olan Aİ və ABŞ-nin rəsmi Tbilisiyə təzyiq cəhdləri nəticəsində münasibətlər pisləşməyə başladı.
Gürcüstanda fəaliyyət göstərən bəzi QHT-lər isə kollektiv Qərbin dəstəyi ilə ölkədə “rəngli inqilab” törətmək cəhdlərinə əl atdılar.