Kobaxidze: Gürcüstan Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur

27.09.2026

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Gürcüstan və Azərbaycan hökumətləri arasındakı bütün məsələlər dostcasına müzakirə olunur”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Xarici İşlər Nazirliyinin Kürmük məbədi ilə bağlı bəyanatını jurnalistlərə şərh edərkən deyib.

O, Gürcüstanın Azərbaycan hökuməti ilə münasibətlərdə heç bir gərginliyinin olmadığını bildirib.

“Azərbaycanla bizi dostluq münasibətləri birləşdirir. Bu dostluğun sayəsində biz istənilən məsələləri çox rahatlıqla müzakirə edə bilirik. Gürcüstan və Azərbaycanın hökumətləri arasında bütün məsələlər dostluq şəraitində müzakirə olunur”, - deyə İrakli Kobaxidze əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью