Kobaxidze: Gürcüstan Azərbaycan və Ermənistan arasında danışıqlarda daha fəal rol oynamağa…
Icma.az, Operativmedia saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan və Ermənistan arasındakı danışıqların təşviqi baxımından daha fəal rol oynamağımıza ehtiyac yaranarsa, buna hazırıq.
"Operativ Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Biz Azərbaycan və Gürcüstan arasındakı dostluq münasibətlərimizlə fəxr edirik.
Əgər Azərbaycan və Ermənistan arasındakı danışıqların təşviqi baxımından daha fəal rol oynamağımıza ehtiyac yaranarsa, biz buna hazırıq, lakin bu, tərəfdaşlarla məsləhətləşmələrdən asılıdır”, - o vurğulayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu