Kobaxidze: Gürcüstan ərazisini işğal edən yeganə dövlət təbii ki, Rusiyadır”

07.09.2026

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Rusiya Gürcüstan ərazisinin 20 faizini işğal edib ki, bu da Gürcüstan dövlətinə və xalqımıza qarşı cinayətdir”

"Gürcüstan ərazisini işğal edən yeganə dövlət və tərəf, təbii ki, Rusiya Federasiyasıdır. Bu, çox sadə bir faktdır". AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Hökumət başçısının sözlərinə görə, Rusiya Federasiyası Gürcüstan ərazisinin 20%-ni işğal edib ki, bu da Gürcüstan dövlətinə qarşı cinayətdir.

"İşğala gəldikdə isə, hər şey tamamilə aydındır. Bununla bağlı çoxsaylı açıqlamalar verilib və bu məsələ artıq əlavə aydınlaşdırmaya ehtiyac yoxdur. Əlbəttə ki, Rusiya Federasiyası Gürcüstan ərazisinin 20 faizini işğal edib ki, bu da Gürcüstan dövlətinə və xalqımıza qarşı cinayətdir. Bu, Gürcüstan dövlətinə və gürcü xalqına qarşı törədilmiş tamamilə açıq bir cinayətdir. Bu, işğaldır", - deyə Kobaxidze əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью