Kobaxidze: “Gürcüstan ərazisini işğal edən yeganə tərəf Rusiyadır”

11.08.2026

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə ərazisinin işğalı ilə bağlı açıqlama verib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Kobaxidze jurnalistlərə açıqlamasında Gürcüstan ərazisini işğal edən yeganə dövlətin Rusiya olduğunu bildirib.

"İşğalla bağlı hər şey tamamilə aydındır. Bu barədə dəfələrlə açıqlamalar verilib və məsələnin əlavə izahına ehtiyac yoxdur. Rusiya Federasiyası Gürcüstan ərazisinin 20 faizini işğal edib. Bu, Gürcüstan dövlətinə və xalqına qarşı törədilmiş cinayətdir", - deyə Baş nazir qeyd edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью