Kobaxidze: Gürcüstan və Rusiya nümayəndələrinin ilk görüşü tezliklə baş tutacaq

16.11.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Giorgi Zurabaşvili və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında ilk görüş tezliklə baş tutacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, görüş Tbilisidə və ya Moskvada deyil, başqa bir yerdə baş tuta bilər.

“Bu barədə ictimaiyyəti məlumatlandıracağıq”, - İrakli Kobaxidze əlavə edib.

Baş nazir vurğulayıb ki, Zurabaşvili və Qaluzin arasında əlaqələr aktiv rejimdə davam etdirilir və görüşdə formatla nəzərdə tutulan bütün məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, rəsmi Moskva Rusiya ilə Gürcüstan arasında xüsusi nümayəndələr səviyyəsində dayandırılmış dialoqun bərpa olunduğunu bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью