Kobaxidze: Gürcüstanda hökumətin formalaşdırılması prosesi başa çatıb

01.12.2024

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Dünən 12 nazir təyin edilib və bununla da 26 oktyabr parlament seçkiləri əsasında yeni hökumətin formalaşdırılması prosesi başa çatıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.

Hökumət başçısı 14 dekabrda ölkədə prezident seçkilərinin keçiriləcəyini, bundan sonra isə bütün konstitusion orqanların gürcü xalqının çoxluğunun iradəsinə uyğun olaraq komplektləşdiriləcəyini qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью