Kobaxidze: Gürcüstanda hökumətin formalaşdırılması prosesi başa çatıb Yeni Gündəm

01.12.2024

Yenigundem portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünən 12 nazir təyin edilib və bununla da 26 oktyabr parlament seçkiləri əsasında yeni hökumətin formalaşdırılması prosesi başa çatıb.

“Yeni Gundem” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.

Hökumət başçısı 14 dekabrda ölkədə prezident seçkilərinin keçiriləcəyini, bundan sonra isə bütün konstitusion orqanların gürcü xalqının çoxluğunun iradəsinə uyğun olaraq komplektləşdiriləcəyini qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью