Kobaxidze Gürcüstanda Ukrayna Maydanının təkrarlanması ehtimalını istisna edib

30.11.2024

Sonxeber.az saytına istinadən Icma.az xəbər verir.

Kobaxidze Gürcüstanda Ukrayna "Maydanı"nın təkrarlanması ehtimalını istisna edib

Ukrayna "Maydanı" ssenarisi Gürcüstanda təkrarlana bilməz, çünki ölkədə güclü institutlar və müdrik insanlar var.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

"Radikallar və onların xarici himayədarları həmişə ölkədə iğtişaşlar törətmək və Gürcüstanı ukraynalaşdırmaq üçün bir səbəb tapmağa çalışırlar. Onlar hələ dərk etməyiblər ki, 2013-cü ildəki Ukraynadan fərqli olaraq, Gürcüstan güclü institutlara malik müstəqil dövlətdir və ən əsası, heç nəyin və heç kimin möhkəmliyini sarsıda bilməyəcəyi təcrübəli və müdrik xalqa sahibdir. Gürcüstanda Ukrayna "Maydanı" ssenarisi reallaşa bilməyəcək. Gürcüstan bir dövlətdir, dövlət isə buna imkan verməyəcək", - Kobaxidze brifinqdə deyib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью