Kobaxidze: Gürcüstanın NATO ya qəbulu gündəmdə deyil

08.02.2025

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstanın NATO-ya inteqrasiyası ölkəni əhatə edən ümumi kontekstə görə gündəmdə deyil.

Bizimyol.info xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

“Bizim çox aydın xarici siyasət məqsədlərimiz var. NATO-ya inteqrasiya ilə bağlı isə Qərb ölkələrinin qərarları və yanaşmaları, eləcə də ətrafımızdakı ümumi kontekst səbəbindən hazırda gündəmdə deyil”, - deyə baş nazir "Euronews" telekanalına müsahibəsində bildirib.

Kobaxidze eyni zamanda qeyd edib ki, Avropa İttifaqına inteqrasiya Gürcüstanın “əsas xarici siyasət prioriteti” olaraq qalır. Onun sözlərinə görə, 2030-cu ilə qədər Aİ-yə üzv olmaq məqsədi Gürcüstan üçün realdır. O, həmçinin qeyd edib ki, istənilən addımı atarkən ölkə bütün “yan təsirləri” nəzərə alır. “Xüsusən də Gürcüstan Rusiyaya qarşı sanksiyaların tətbiq edilməməsi ilə bağlı çox mühüm qərar qəbul edib, Qərb siyasətçiləri bunu həm bağlı qapılar arxasında, həm də ictimaiyyət qarşısında tələb ediblər”, - deyə o qeyd edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью