Kobaxidze imtina etdi: Buna hazır deyilik

08.08.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə güc tətbiq etməmək haqqında saziş imzalamağa hazır deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Baş nazir ölkənin ərazi bütövlüyünün bərpa edilməsinin yeganə yolunun sülh olduğunu bildirib:

“Biz hücum etməmək haqqında həmin paktı imzalamağa hazır deyilik. Bu, bizim üçün ciddi bir məsələ deyil. Çox sadə bir şey deyirik: ərazi bötüvlüyümüzü yenidən təmin etməyin yeganə yolu sülhdür. Bunu elan edirik, amma başqa heç bir razılaşma, yaxud sənəddən söhbət gedə bilməz”.

Əliyar Xəlil
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью