Kobaxidze: Müxalifət gəncləri qurban verir | Icma.az
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müxalif siyasətçilər kənar rəhbərlərin əmrlərini yerinə yetirərək etiraz aksiyalarında gəncləri qurban verirlər.
Axar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Siyasətçilərin (müxalifətin - red.) məsuliyyəti çox böyükdür, onlar, təbii ki, nəyin içində olduqlarını başa düşürlər.
Ancaq müdirin tapşırığı var və ondan imtina etmək sadəcə mümkün deyil, casusun taleyi belədir.
Ən acınacaqlısı odur ki, insanları, o cümlədən gəncləri qurban verirlər”, - o bildirib.
Qeyd edək ki, Baş nazir İrakli Kobaxidzenin 28 noyabrda AB-yə üzvlüklə bağlı danışıqların 2028-ci ilə qədər dayandırıldığını elan etməsindən sonra Tiflisdə genişmiqyaslı aksiyalar keçirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu