Kobaxidze: Müxalifətin dördüncü inqilab cəhdi

03.12.2024

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Litvadan İvanişviliyə qadağa
“Bu dörd il ərzində biz dörd inqilab cəhdindən keçdik. Milli maydanlar... Bu faktdır. 2022-ci ilin iyununda bizə Avropa Birliyinə üzvlüklə bağlı namizəd statusu verilməyən vaxtda milli maydan təşkil edildi və xaricdən maliyyələşən QHT-lər siyasi səhnəyə çıxıb, hökumətin istefasını, özlərinin isə hakimiyyətə gəlməsini tələb etdilər. 2023-cü ilin yazında milli maydanla bağlı ikinci cəhd oldu. 2024-cü ilin yazında üçüncü və indi də dördüncü uğursuz cəhdi gördük",- o, qeyd edib.
Qeyd edək ki, Gürcüstanın qərb yönümlü müxalifət qüvvələri noyabrın 28-dən yenidən etiraz aksiyalarına başlayıb. Onlar əsasən aksiya iştirakçılarını parlamentin binası qarşısına toplayır və ya mərkəzi Rustaveli prospektini bağlayırlar.
Tural Tağıyev
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью