Kobaxidze prezident haqqında: Heç kəs 72 yaşlı xanımı həbs etmək istəməz

02.12.2024

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

“Özünü prezident adlandıran bu xanımın ağır emosional fonu var və buna görə də artıq “qırmızı xətlər”i saxlaya bilmir”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze prezident Salome Zurabişvili haqqında deyib.

Onun sözlərinə görə, dövlət başçısının Konstitusiya Məhkəməsinin hakimlərinə qarşı təzyiqə çağırması birbaşa cinayətdir.

“Bu insan sadəcə bilir ki, heç kəs 72 yaşlı xanımı həbs etmək istəməz. Buna görə də “qırmızı xətlər”i aşır”, - İ.Kobaxidze söyləyib.

Qeyd edək ki, S.Zurabişvili ötən gün Batumidə etirazçıları Konstitusiya Məhkəməsinə təzyiq etməyə çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью