Kobaxidze Quterreşlə görüşüb

24.09.2026

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İşğal olunmuş ərazilərin təhlükəsizliyi və BMT-nin rolu müzakirə edilib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nyu-Yorkda keçirilən Baş Assambleyanın 81-ci sessiyası çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, görüşün gündəliyi Baş Assambleyanın sülh və davamlı inkişaf mövzusundan irəli gəlir. Danışıqların əsas mövzuları Abxaziya və Cənubi Osetiya bölgəsinin işğal olunmuş ərazilərində təhlükəsizlik, regional qeyri-sabitlik və humanitar problemlər olub.

Kobaxidze Quterreşə Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə davamlı dəstəyinə görə təşəkkür edib. Baş nazir xüsusilə bütün məcburi köçkünlərin və qaçqınların Abxaziya və Cənubi Osetiya bölgəsindəki evlərinə qayıtmaq hüququnu təsdiqləyən BMT Baş Assambleyasının illik qətnaməsinin əhəmiyyətini vurğulayıb.

Kobaxidze daha sonra özünün “X” sosial media səhifəsində yazıb: "Biz Gürcüstan və BMT arasında əməkdaşlığı, təşkilatın münaqişələrin həlli prosesindəki rolunu və tərəfdaşlığımızı gücləndirmək imkanlarını müzakirə etdik".

Hökumətin Mətbuat Xidmətinin məlumatına görə, tərəflər həmçinin beynəlxalq təhlükəsizlik üçün əsas riskləri müzakirə ediblər və regionda uzunmüddətli sabitliyin çoxtərəfli tərəfdaşlıq olmadan mümkün olmadığını vurğulayıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью