Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-nin Dövlət katibi Marko Rubio ilə telefonla danışıb.
Axar.az xəbər verir ki, bu barədə İrakli Kobaxidze X hesabında yazıb.
Kobaxidze qeyd edib ki, Marko Rubio ilə telefon danışığı məhsuldar olub. Söhbət zamanı tərəfdaşlığın yenilənməsinin vacibliyi vurğulanıb:
“ABŞ Dövlət katibi Marko Rubio ilə səmərəli telefon danışığım oldu. Tərəfdaşlığımızın yenilənməsinin və Gürcüstanın Cənubi Qafqazda güclü tərəfdaş kimi rolunun gücləndirilməsinin vacibliyini vurğuladıq. Gürcüstan-ABŞ əlaqələrinin gücləndirilməsinə və regional sabitliyin və əlaqələrin təşviqinə sadiq olduğumuzu bir daha təsdiqləyirik”.