Kobaxidze sabah Ermənistana gedəcək

29.01.2025

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 30-da Ermənistan Respublikasına işgüzar səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Əvvəlcə baş nazir Nikol Paşinyan və İrakli Kobaxidze arasında təkbətək görüş, daha sonra baş nazirlərin sədrliyi ilə Ermənistan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью