Kobaxidze: Tbilisidə baş verənlər radikal müxalifətin zəif səyləridir AZƏRTAC

15.01.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tbilisi, 15 yanvar, AZƏRTAC

“Gürcü xalqı 2024-cü il oktyabrın 26-da seçkilərə getdi və öz iradəsini azad şəkildə ifadə etdi”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze paytaxtda baş verən hadisələrlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Baş nazirin sözlərinə görə, paytaxtda baş verənlər radikal müxalifətin daha bir zəif çıxışıdır və heç bir dəyəri yoxdur.

“Əslində hamı bilir ki, hadisələr gürcü xalqının maraqlarına uyğun inkişaf edir. Oktyabrın 26-da gürcü xalqı seçkiyə getdi və öz iradəsini bildirdi. Qalan hər şey radikal müxalifətin tamamilə zəif səyləridir”, - deyə, İrakli Kobaxidze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью