Kobaxidze: “Tramp marşrutu” Gürcüstan üçün rəqib deyil

04.10.2026

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Gürcüstan “Tramp marşrutu” kimi tanınan TRIPP layihəsini ölkə ərazisindən keçən nəqliyyat marşrutlarına rəqib hesab etmir.

Sherg.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına açıqlamasında 2020-ci ildən “Orta dəhliz” üzrə yükdaşımaların həcminin yeddi dəfə artdığını bildirib. Onun sözlərinə görə, bu səbəbdən yeni marşrutların yaradılması mövcud nəqliyyat xətlərinə rəqib deyil, onları tamamlayan amil kimi qiymətləndirilməlidir.

Kobaxidze xüsusilə Anakliyaya marağın yüksək olduğunu vurğulayaraq Gürcüstan marşrutlarının rəqabət üstünlüyünü qoruduğunu bildirib.

TRIPP layihəsi Ermənistanın Sünik vilayətindən keçməklə Azərbaycanı Naxçıvanla birləşdirəcək tranzit marşrutun yaradılmasını nəzərdə tutur. Layihənin Ermənistanın suverenliyi və yurisdiksiyası çərçivəsində həyata keçiriləcəyi bildirilir.

Rusiya isə layihənin həyata keçirilməsi ilə bağlı bir sıra geosiyasi və infrastruktur məsələlərinin olduğunu bildirərək onun parametrlərinin ətraflı öyrənilməsinin vacibliyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью