Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan və Ermənistanın elan etdiyi alternativ yük dəhlizi Gürcüstanın tranzit potensialına təhlükə yaratmır.
"Yeni Sabah" ABC.AZ-a istinadla xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Davosda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın ikitərəfli münasibətlərin yaxşılaşması fonunda Bakı ilə Yerevan arasında mümkün birbaşa yük daşımaları ilə bağlı verdiyi açıqlamalara münasibət bildirərkən bildirib.
Kobaxidzenin sözlərinə görə, alternativ marşrut Gürcüstan üçün heç bir risk yaratmır.
"Bunu təsdiqləyən sadə bir göstərici var: son 5 ildə Orta Dəhliz boyunca yük daşımalarının həcmi 7 dəfə artıb. Bu şəraitdə əsas vəzifəmiz artan yük dövriyyəsini təmin etmək üçün mövcud infrastrukturdan mümkün qədər səmərəli istifadə etməkdir. Bu artım nəzərə alınmaqla, alternativ dəhliz sadəcə tranzit funksiyamızı tamamlayacaq", - deyə Gürcüstan hökumətinin başçısı vurğulayıb.
Azərbaycan ötən ilin sonundan bəri Gürcüstan vasitəsilə Ermənistana neft məhsulları tədarük edir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin