Kobaxidze: Zurabişvili Saakaşvilini həbsdən azad edə bilməz

28.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Gürcüstan prezidenti Salome Zurabişvili eks-prezident Mixail Saakaşvilini həbsdən azad edə bilməz.

Bunu “İmedi” telekanalına müsahibəsində Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

Gürcüstan hökuməti başçısının sözlərinə görə, Zurabişvili Saakaşvilini əfv etsə belə, o, hələ də istintaq təcridxanasında qalacaq.
“Bundan başqa, ona qarşı başqa işlər də var. Ona görə də Salome Zurabişvilinin Mixail Saakaşvilini əfv etməsinin praktiki əhəmiyyəti yoxdur”.

Xatırladaq ki, Salome Zurabişvilinin səlahiyyət müddəti ilin sonunda başa çatır.

Gürcüstan hakimiyyəti artıq bu il yeno prezidenti seçiləcəyini açıqlayıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью