Kobaxidzedən Ərdoğana dəstək

21.01.2025

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

Gürcüstanın baş naziri İrakli Kobaxidze Kartalkaya dağ-xizək kurortunda baş vermiş yanğınla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Teleqraf.com-un yerli bürosu xəvər verir ki, hökumət başçısı "X" hesabında hadisədən kədərləndiyini bildirib.

"Prezident Rəcəb Tayyib Ərdoğana tam dəstəyimi ifadə edirəm. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və Türkiyə xalqı ilə həmrəy olduğumuzu bildirirəm", - İ.Kobaxidze yazıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью