Kobaxidzedən MDB ilə bağlı sərəncam

04.03.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstan MDB-nin Elmi-Texniki İnformasiya üzrə sazişindən çıxıb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze sərəncam imzalayıb.

Sərəncamda vurğulanıb ki, Gürcüstanın Xarici İşlər Nazirliyi sazişin ləğvi barədə dərhal prezidentə, parlamentə və MDB-nin rəhbər orqanına məlumat verməyə borcludur.

Qeyd edək ki, Gürcüstan 2009-cu ildə MDB-nin tərkibindən rəsmən çıxıb, lakin bəzi sazişlərdə iştirak etməyə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью