KOBİA ADB ilə KOBların yaşıl keçidinə dair Anlaşma Memorandumu imzalayıb

06.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Asiya İnkişaf Bankı (ADB) arasında KOB-ların "yaşıl keçid"i və "yaşıl inkişaf"ına dair Anlaşma Memorandumu imzalanıb.

"Report" KOBİA-ya istinadən xəbər verir ki, sənədi agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və ADB-nin Azərbaycanda Rezident Missiyasının rəhbəri Sunniya Durrani-Camal imzalayıb.

Memorandumda ADB-nin KOBİA-nın irəli sürdüyü “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası Bəyannaməsi”nə dəstəyi ifadə edilməklə, bəyannamədə öz əksini tapmış məsələlər, o cümlədən KOB-ların yaşıl keçidinə yönəlmiş fəaliyyətin birgə həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə memorandumda KOB-ların "yaşıl təşəbbüs"lərinin reallaşdırılmasına, bu sahədə bacarıqlarının artırılmasına və "yaşıl maliyyə"yə çıxışına birgə dəstəyin göstərilməsi, KOB-ların "yaşıl keçid"inə dəstək üçün normativ bazanın təhlili istiqamətində tədbirlərin görülməsi kimi istiqamətlərdə əməkdaşlıq öz əksini tapıb.

Tərəflər arasında keçirilmiş görüşdə KOB-ların yaşıl keçidi, KOBİA və ADB arasında KOB sahəsində əməkdaşlıq imkanları, eləcə də memorandumdan irəli gələn məsələlər müzakirə edilib.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью