Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsipləri müxtəlif aspektlər baxımından biznes üçün çox əhəmiyyətlidir.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusundakı konfransda bildirib.
Onun sözlərinə görə, ESG yanaşması son dövrlərdə kifayət qədər geniş bir hərəkata çevrilib: "ESG prinsiplərinə riayət edilməsi müəssisələrin rəqabət qabiliyyətinin və ixrac potensialının artırılmasına, eləcə də xarici investisiyaların cəlb edilməsinə imkan verir.
ESG yanaşmasının əsas elementlərindən biri sosial məsələlərdir ki, bu da əmək münasibətlərini və insan resurslarını da əhatə edir.
Bu baxımdan, ESG-nin tətbiqi işçilərin iş yerində saxlanılmasına, məhsuldarlığın yüksəldilməsinə və istedadların işə cəlb edilməsinə imkan verir.
Araşdırmalar göstərir ki, dayanıqlıq və sosial məsuliyyət məsələlərinə diqqət yetirən şirkət işçilər üçün arzuolunan iş yeri hesab olunur".
Sədr bildirib ki, KOBİA ESG prinsiplərinin təşviqində yaxından iştirak edir: "Təqribən 2 il bundan əvvəl Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın tərkibində agentliyin rəhbərlik etdiyi ESG standartları üzrə altqrup yaradılıb.