KOBİA: Sahibkarlara verilmiş 192 “Startap” şəhadətnaməsinin 50 % ə qədəri gənclərə aiddir …
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu günə
“Report” xəbər verir ki, bunu agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov “Gənc sahibkarların V forumu”nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, “Startap” şəhadətnaməsi sahibkarları üç il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirə görə mənfəət və gəlir vergisindən azad edir: "Bununla yanaşı, bu sənəd startaplara yerli və xarici investorların marağını artırır, onların xarici bazarlara çıxışını asanlaşdırır".
O.Məmmədov qeyd edib ki, KOBİA ölkənin müxtəlif şəhər və rayonlarında KOB inkişaf mərkəzləri yaradıb: "Bu mərkəzlər yeni biznesə başlamaq istəyənlərə, startaplara və sahibkarlara təlimlər keçirir, məsləhət və mentorluq xidmətləri göstərir.
Sözügedən xidmətlər təcrübəli və peşəkar ekspertlər tərəfindən ödənişsiz təmin edilir.
Sevindirici haldır ki, 2024-cü ildə bu xidmətlərdən faydalananların 40 %-ni gənclər təşkil edib".
O bildirib ki, KOB-ların inkişafına dəstək məqsədilə 2021-ci ildən etibarən KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi həyata keçirilir.
Bu dəstək tədbiri yeni mexanizmlərin və innovativ layihələrin reallaşmasına şərait yaradır və gənc sahibkarların rolunu artırır.
Tam oxu
Xəbəri oxu