KOBİA sədri: İmzalanan sənədlər KOBların yaşıl keçidinin asanlaşdırılmasına dəstək olacaq …
Icma.az, Oxu.az portalına istinadən məlumat verir. Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfrans
Oxu.Az xəbər verir ki, imzalanma mərasimindən sonra KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov fikirlərini bölüşüb: "KOB-ların yaşıl keç
İnanırıq ki, KOBİA-nın təşəbbüsü ilə hazırlanmış "KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi" qlobal müstəvidə KOB-ların
Bəyannamənin təşviqinə ITC və SEBRAE-nın dəstəyi xüsusilə önəmlidir.
Müvafiq bəyannamənin reallaşdırılması ilə bağlı əsası qoyulan üçtərəfli əməkdaşlıq həmçinin, Azərbaycan KOB-larının müvafiq təşkilatların təcrübəsindən yararlanmasına da imkan verəcək.
KOB-ların yaşıl keçidinin asanlaşdırılmasına dəstək olacaq hər üç sənədin COP29 çərçivəsində imzalanması xüsusilə əhəmiyyətlidir və bu, Azərbaycanın ekoloji dayanıqlılığa sadiqliyini bir daha nümayiş etdirir".
Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru Pamela Koxamilton bildirib ki, kiçik bizneslər əksər iqtisadiyyatların onurğa sütununu və qlobal təchizat zəncirinin əsas hissəsini təşkil edir: "Buna görə də iqlim dəyişikliyi ilə mübarizə məsələlərində KOB-ların fəaliyyəti önəmlidir.
KOBİA və SEBRAE ilə birlikdə inkişaf etməkdə olan ölkələrin kiçik bizneslərinin iqlim kontekstində perspektivlərini və çətinliklərini vurğulamağı, yaşıl keçidi idarə edə bilmələri üçün onlara dəstək göstərməyi səbirsizliklə gözləyirik".
Tam oxu
Xəbəri oxu