KOBların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb | …
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır. "Bakı KOB evi"ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Asiya İnkişaf Bank
Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və AİB-in Azərbaycanda Rezident Missiyasının rəhbəri Sunniya Durrani-Camal imzalayıblar.
Memorandumda AİB tərəfindən KOBİA-nın irəli sürdüyü "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası Bəyannaməsi"nə dəstək ifadə edilməklə, bəyannamədə öz əksini tapmış məsələlər, o cümlədən KOB-ların yaşıl keçidinə yönəlmiş fəaliyyətin birgə həyata keçirilməsi nəzərdə tutulur.
Bu məqsədlə memorandumda KOB-ların yaşıl təşəbbüslərinin reallaşdırılmasına, bu sahədə bacarıqlarının artırılmasına və yaşıl maliyyəyə çıxışına birgə dəstəyin göstərilməsi, KOB-ların yaşıl keçidinə dəstək üçün normativ bazanın təhlili istiqamətində tədbirlərin görülməsi kimi istiqamətlərdə əməkdaşlıq öz əksini tapıb.
Tərəflər arasında keçirilmiş görüşdə KOB-ların yaşıl keçidi, KOBİA və AİB arasında KOB sahəsində əməkdaşlıq imkanları, eləcə də memorandumdan irəli gələn məsələlər müzakirə edilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu