Kobud sorğular süni intellektin cavablarını daha dəqiq və sərfəli edir Araşdırma

24.11.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Süni intellektlə sərt və kobud tonda ünsiyyət qurmaq cavabların dəqiqliyini artırır, hesablama xərclərini isə azaldır. 
Bizim.Media xəbər verir ki, bu nəticəyə Pensilvaniya Dövlət Universitetinin alimləri gəlib.
Araşdırmaçılar dörd süni intellekt modelini müxtəlif ünsiyyət tonlarında verilən 570 sual üzrə sınaqdan keçiriblər. Məlum olub ki, sərt və kobud ifadələrlə tərtib olunan sorğular zamanı cavabların dəqiqliyi 84,8%-ə yüksəlir, hesablama xərcləri isə 44,3% azalır.
 

Alimlərin fikrincə, sərt sorğular neyron şəbəkələrini daha qısa və konkret cavablar verməyə yönəldir. Nəzakətli ifadələr isə əksinə, daha uzun və resurs tələb edən mülahizələrə səbəb olur.


Bununla belə, tədqiqatçılar mümkün risklər barədə də xəbərdarlıq edirlər. Məsələn, “Anthropic” şirkətinin “Claude” modeli artıq aqressiv istifadəçilərlə dialoqu dayandırmaq hüququ əldə edib.
Bizim.Media 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью