Köç karvanı Şuşanın Kiçik Qaladərəsi kəndinə çatıb

17.08.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avqustun 17-də yola salınan köç karvanı Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə kəndə köçürülən 39 nəfərdən ibarət 11 ailəyə mənzillərin açarları təqdim olunub.

Açarların təqdim olunması mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью