Köç karvanı Zəngilana çatdı FOTOLAR (YENİLƏNİB)

13.05.2026

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

 Mayın 13-də doğma yurduna yola salınan köç karvanı Zəngilan şəhərinə çatıb. Bu mərhələdə Zəngilan şəhərinə 235 nəfərdən ibarət 59 ailəyə mənzillərin açarları təqdim edilib.

"Unikal" xəbər verir ki, mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

*** 13:56

Köç karvanı Zəngilan şəhərinə çatıb.

"Unikal" xəbər verir ki, bu gün Zəngilan şəhərinə 59 ailə - 235 nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью