Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 27 may, AZƏRTAC
Bakı Ali Neft Məktəbində Koç Universitetinin rektoru professor Metin Sitti ilə görüş keçirilib.
Ali məktəbdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı iki universitet arasında əməkdaşlıq perspektivləri müzakirə olunub və anlaşma memorandumu imzalanıb.
Professor Metin Sitti BANM-i Azərbaycanın ən yaxşı ali təhsil müəssisələrindən biri kimi qiymətləndirib. BANM-in rektoru Elmar Qasımov isə Koç Universiteti ilə əməkdaşlığın məktəb üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.