Kocaelidə xatirə turniri

01.08.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Türkiyənin Kocaeli şəhərində güləş üzrə Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirinə start veriləcək. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, iki gün davam edəcək yarışda yunan-Roma və sərbəst güləş üzrə millilərimizin 23 üzvü mübarizə aparacaq.

Dünya Güləş Birliyi (UWW) bu yarışın ümumi idarəetməsini Azərbaycan Güləş Federasiyasının Texniki və Hakimlər Komitəsinin sədri, I-S dərəcəli referi Asif Şirəliyevə tapşırıb. Ali qurumun etimadını qazanan A.Şirəliyev UWW nümayəndəsi kimi yarışın rəhbəri funksiyasını yerinə yetirəcək.

Memorialda III dərəcəli hakimlərimiz Elxan Həmidzadə, Samir Hacıyev və Qədim Qurbanov ədaləti qoruyacaq.

Qabil YUSİFOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью