Kocaelispor ayağının tozu ilə Qarabağ dan futbolçu istəyir HƏM DƏ YERLİ

22.04.2025

Icma.az, Apasport portalına istinadən məlumat verir.

"Qarabağ"ın futbolçusu karyerasını ölkə xaricində davam etdirə bilər. 

Komandanın müdafiəçisi Bəhlul Mustafazadə bir neçə klubun maraq dairəsinə düşüb.

Apasport.az saytına verilən məlumata görə, onu heyətinə qatmaq istəyən komandalardan biri də "Kocaelispor"dur. 

Türkiyə Super Liqasına yenidən vəsiqə qazanan İzmit təmsilçisinin skautları millimizin üzvünü yaxından izləyirlər.

Onlar I Liqada çıxış edərkən də Bəhlulla maraqlanırdılar. 

28 yaşlı futbolçunun taleyi yalnız mövsümün sonunda bəlli olacaq. Lakin müdafiəçinin yayda komandanı tərk edəcəyi bildirilir.

Qeyd edək ki, Mustafazadənin "Qarabağ"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 

AFFA-da klubların maliyyə menecerlərinin iştirakı ilə seminar keçirilib "Zirə"nin legionerinin təklifləri var - QƏRARINI VERDİ “Mançester Yunayted” Onanaya əvəzləyici tapıb “Sabah” – “Neftçi” qarşılaşmasının təyinatları açıqlanıb Günün oyunları bu kanallarda
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью